Ağdamda iki uşağı ilə itkin düşən qadın tapıldı

23:29 - 14 Sentyabr 2021

Ağdamda iki uşağı ilə itkin düşən qadın tapıldı

Ağdamda 2 azyaşlı oğlu ilə yoxa çıxan qadın tapılıb.

Manşet.az xəbər verir ki, Ağdam rayon sakini Ruqiyyə Əliyevanın atası Həmid Əliyevin APA-ya verdiyi məlumata görə, onun qızı qohumluq əlaqəsi olan oğlanla ailə qurmaq məqsədi ilə qaçıb.

İlkin ifadəsində hər iki gənc valideynlərindən qorxduğu üçün getmələri barədə məlumat verməyiblər.

Qeyd edək ki, R.Əliyeva iki gün əvvəl Ağdam rayonunun Bənövşələr qəsəbəsində ata evindən 2 azyaşlı uşağı ilə çıxıb və geri qayıtmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına da məlumat verilmişdi.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin