Desant hazırlığı üzrə məşqlər keçirildi- “Üç qardaş-2021”

22:18 - 14 Sentyabr 2021

Desant hazırlığı üzrə məşqlər keçirildi- “Üç qardaş-2021”

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən "Üç qardaş - 2021” beynəlxalq təlimində hava desant hazırlığı üzrə məşqlər icra olunub.

Manşet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin planına əsasən hava desant hazırlığı mərhələsində xüsusi təyinatlı bölmələrin helikopter vasitəsi ilə yerdəyişməsi, mühafizənin təşkili və təxliyə üsulları məşq etdirilib.

Məşqlərin gedişatında xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən "Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin