Bill Qeyts: “Dünya yeni pandemiyaya hazır deyil”

21:39 - 14 Sentyabr 2021

Bill Qeyts: “Dünya yeni pandemiyaya hazır deyil”

“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib.

Manşet.az xəbər verir ki, multimilyarderin fikrincə, bu hal həyəcan doğurur.

Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır. O, bunu real hesab etdiyini bildirib.

Həmçinin, dünyanın ən varlı şəxslərindən biri olan iş adamı ABŞ hökumətinin növbəti mümkün pandemiyalara hazırlıq üçün 65 milyard dollar ayırmasını dəstəklədiyini qeyd edib.

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin