Ərdoğan Ştaynmayerlə danışdı

20:46 - 14 Sentyabr 2021

Ərdoğan Ştaynmayerlə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla almaniyalı həmkarı Frank-Valter Ştaynmayer arasında telefon danışığı baş tutub.

Manşet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ölkə liderlərinin ikitərəfli əlaqələrlə yanaşı, Əfqanıstandakı durumu da müzakirə etdikləri bildirilib.

Ərdoğan hər iki ölkənin Əfqanıstandan təxliyə prosesində təqdirəlayiq həmrəylik və koordinasiya nümayiş etdirdiyini qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az