Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
20:43 - 14 Sentyabr 2021
Jurnalist Ülviyyə Alovlu bloger Bəxtiyar Hacıyevi xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib.
Manşet.az xəbər verir ki, bununla bağlı açıqlamasında jurnalist özü məlumat verib:
“Bu adam – pişiyimi oğurladığı azmış kimi, pişiyimi mənə verməmək üçün sosial şəbəkələrdə məni şantaj edir, qəsdən böhtan və şər atır, ünvanıma əxlaqsız ifadələr işlədir və mütəmadi olaraq məni təqib etməkdən də çəkinmir. Onun şəxsi profilini bloklasam da müxtəlif profillərdən, bağlı və açıq nömrələrdən zəng vurur, yazır, əl çəkmir.
İyulun 20-dən başlayan bu mənəvi terrordan təngə gələrək xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişəm. Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə iclası sentyabrın 20-si saat 12:00-da Gəncə şəhəri Nizami rayon məhkəməsində baş tutacaq.
Bundan başqa, Bəxtiyar Hacıyevin iyulun 20-si evimə etdiyi basqınla bağlı polisə müraciət etmişəm, amma hələ bir nəticə yoxdur. Verilən məlumata görə istintaq davam edir” – deyə, Ülviyyə Alovlu açıqlama verib.
unikal.org
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin