Polislər tamaşaçını mafiya başçısı ilə səhv saldı

20:30 - 14 Sentyabr 2021

Polislər tamaşaçını mafiya başçısı ilə səhv saldı

"Formula 1" üzrə Niderland Qran-prisi zamanı kuryoz hadisə baş verib.

Manşet.az xəbər verir ki, yerli polislər yarışı izləmək üçün Böyük Britaniyadan gələn tamaşaçını mafiya başçısı ilə səhv salaraq saxlayıblar.

Həmin şəxsin adının Mark olduğu, Liverpuylda yaşadığı və Qran-priyə oğlu ilə birlikdə gəldiyi bildirilib. O, Haaqadakı restoranların birində şam edərkən saxlanılıb və məsələyə aydınlıq gəldikdən sonra sərbəst buraxılıb.

Markın 1993-cü ildə 10 adamın ölümünə səbəb olan partlayışlar təşkil etdiyi üçün ömürlük həbs cəzasına məhkum olunmuş İtaliya mafiyasının lideri Messina Denaro ilə səhv düşdüyü qeyd olunub. Denaro 19 il əvvəl həbsxanadan qaçıb və hələ də beynəlxalq axtarışdadır.

Qeyd edək ki, Niderland Qran-prisi 3 - 5 sentyabrda keçirilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin