Bakıda ikimərtəbəli ev yandı, xəsarət alanlar var

20:03 - 14 Sentyabr 2021 - HADİSƏ

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 240 m² olan (hər mərtəbəsi 120 m²) ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Manşet.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın zamanı ev sahibi yanıq xəsarəti, gəlini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Loading...

Xəbər xətti

20 Sentyabr 2021