Təyyarə qəzaya uğrayıb, ölənlər var

19:09 - 14 Sentyabr 2021

Təyyarə qəzaya uğrayıb, ölənlər var

Braziliyada yüngül mühərrikli təyyarə San-Paul ştatında qəzaya uğrayıb.

Manşet.az xəbər verir ki, bu barədə "Globo" yerli telekanalı məlumat yayıb.

Məlumata görə, Pirasikabe əyalətində baş verən qəza nəticəsində 7 nəfər həlak olub. Belə ki, təyyarə meşə massivinə düşüb, sonradan yanmağa başlayıb.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, təyyarədə iki pilot və beş sərnişin olub. Sərnişinlər bir ailənin üzvləri olub.

Yerli federal polis qəza yerində təhqiqat aparır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az