Çexiya prezidenti xəstəxanaya yerləşdirildi

19:05 - 14 Sentyabr 2021

Çexiya prezidenti xəstəxanaya yerləşdirildi

Çexiya prezidenti Miloş Zemanın səhhətində yaranmış problemlə bağlı Mərkəzi Hərbi Universitetin hospitalına yerləşdirilib.

Manşet.az xəbər verir ki, prezidenti hospitalda həyat yoldaşı İvana müşayiət edib.

Prezidentin hospitala yerləşdirilməsinin səbəbi bəlli deyil. 76 yaşlı Zeman şəkərli diabetindən, ayaqda nevropatiyadan əziyyət çəkirdi. Ona görə də son vaxtlarda əlil kreslosundan istifadə edirdi. O, eyni zamanda zəif eşitməsindən və arterial qan təzyiqinin aşağı olmasından əziyyət çəkirdi. ölkə.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az