Biləsuvar rayon Mərkəzi Xəstəxanasının direktoru Xoşbəxt Ağayeva işdən çıxarılıb.
Manşet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.
Onun yerinə müvafiq əmrlə Salyan rayon Mərkəzi Xəstəxanasının həkimi Məmmədtağı Əhmədovun təyin edildiyi bildirilir. TƏBİB-dən Xoşbəxt Ağayevanın işdən çıxarıldığı təsdiqlənilsə də, yeni təyinatın gerçəkləşmədiyi bildirilib.