Peyvənd vurdurmaq istəməyən həkimlər kütləvi şəkildə işdən çıxır

18:33 - 14 Sentyabr 2021 - DÜNYA

ABŞ-da həkimlərin kütləvi şəkildə işdən çıxması doğum şöbələrinin bağlanması ilə nəticələnib.

Manşet.az xəbər verir ki, ABŞ-ın Nyu-York ştatındakı bəzi xəstəxanalarda doğum şöbələri bağlanıb. Buna səbəb tibb işçilərinə məcburi peyvəndlənmə qərarının tədbiq edilməsidir.

27 sentyabr tarixinə qədər COVİD-19 əleyhinə peyvəndlərin vurulmasının tibb işçilərinə məcbur edilməsi 165 işçinin istefa verməsi ilə nəticələnib. İstefa verənlərin əksəriyyəti isə doğum şöbələrində çalışan həkimlərdir. Hazırda bu say durmadan artmaqdadır.

Ştatdakı bəzi xəstəxanalar həkimlərin istefa verməsindən sonra doğum şöbələrinin xidmətlərini dayandırıblar.

Yerli medianın məlumatına görə, həkimlər məcburi peyvəndlənmə qərarına görə etiraz aksiyaları təşkil edəcəklər.

Qeyd edək ki, ABŞ COVİD-19 virusunun "Delta” ştammına görə kritik vəziyyət yaşayan ölkələrdən biridir. Son məlumatlara görə, bu ölkədə reanimasiya şöbələri tam olaraq dolub.

Azxeber.com


Loading...

Xəbər xətti

20 Sentyabr 2021