Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda
21 Noyabr 2024
23:20 - 19 İyun 2021
Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qızıl medalını qazanıb.
Manşet.az Oxu.Az-a istinadən xəbər verir ki, 48 kq-da mübarizə Fərahim Mustafayev qızıl medal uğrunda türkiyəli Sərvət Anqı ilə qarşılaşıb. Rəqibinə 7:0 hesabı ilə qalib gələn idmançımız qitə çempionu olub.
55 kq-da çıxış edən Fərid Baxışlı finalda Ermənistan təmsilçisi Armen Sukyasyanla qarşılaşıb. 0:7 hesabı ilə geriyə düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirən Baxışlı son bir dəqiqədə yeddi xal götürərək, son xal prinsipi ilə rəqibini məğlub edib. Baxışlı qalib elan olunduqdan sonra əsgər salamı verib.
Kənan Abdullazadə (65 kq) estoniyalı Artur Jeremeyevlə qüvvəsini sınayıb. 7:1 hesablı qələbə qazanan Abdullazadə Avropa üçüncüsü olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin