"Səsimi yazıb oxumaq öyrənib, indi də danırlar" - Brilliant

14:45 - 14 Sentyabr 2021

"Zamiq kimi bir çoxları mən oxuyanda telefonu açıb səsimi yazırdı. Üzümü çəkmirdilər, çünki istəmirdilər. Səsimi yazırdılar ki, oradan bir çox şeyləri öyrənsinlər. Öyrəndilər də. Amma sonra dandılar, Zamiq isə mənim yanımda məktəb keçməyini dedi".

 

Manset.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova adını çəkmədiyi sənət adamları haqda danışıb. Müğənni Zamiq Hüseynovdan danışan ifaçı bildirib ki, çoxları oxumağı ondan öyrənib, amma danır:

"Mən də kimə qulaq asmışamsa, onlara sadiqəm. Hansısa müğənnilər qəlbimin, ruhumun qidası olubsa, danmaram. Dəfərlə demişəm ki, Eyyub Yaqubov mənim "zaryatkamdır". Ona hər zaman qulaq asanda ruhum qidalanır. Ajda Pekkan, Flora Kərimova qəlbimizin qidasıdır. Fikirləşirəm ki, insan kimi dinləyirsə, bir az ona da bənzəyir. Çox sevinirəm ki, Zamiq kimi tərbiyəli, gözəl insan, yaxşı müğənni məndən öyrəndiyini danmır".

Yeni fotosessiyasından danışan Dadaşova müğənnilərin fotosessiya etməsini xoşlamadığını söyləyib:

"Elnur Həsənovla bir fotosessiya etdi. Bunun tərəfdarı deyiləm. Biz mahnılarımızla səhnədə olmalıyıq, şəkillərimizlə yox. Biz model deyilik, onlar qədər gözəlliyimiz də yoxdur. Amma bugunki tələbat belədir. Mahnı təqdim edəndə gözəl şəklin olmalıdır. Tələbatlar mənim konservativ fikirlərimdən uzaqdı".


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin