Zakir Həsənov Türkiyəyə getdi - FOTO

14:10 - 14 Sentyabr 2021

Zakir Həsənov Türkiyəyə getdi - FOTO

Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə yola düşüb.

 

Manset.az xəbər verir ki, Türkiyə milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.

Səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin