Azərbaycanlı və Türkiyəli iş adamları Bir arada

12:03 - 11 İyul 2023

Azərbaycanlı və Türkiyəli iş adamları Bir arada

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İKT sahəsində fəaliyyət göstərən şirkətlərə müraciət edib.

 

KOBİA-dan Manset.az-a bildirilib ki, Bakıda fəaliyyətə başlayacaq Türkiyənin texnologiya və innovativ həllər təklif edən şirkətləri ilə yerli sahibkarlar arasında iyulun 13-də “B2B” görüş təşkil ediləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) tərəfdaşlığı, Bilişim Vadisi Bakı və KOB Subyektləri və Klubları Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə keçiriləcək görüşün əsas məqsədi iki ölkə sahibkarları arasında əməkdaşlığın inkişaf etdirilməsidir.

Görüşdə yalnız qeydiyyatdan keçmiş və iştirakı təsdiq edilmiş sahibkarlar iştirak edə bilərlər.

 Manşet.az


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin