Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə etdi
18 May 2024
10:16 - 11 İyul 2023
Türkiyənin "Qalatasaray" klubu İngiltərənin "Tottenhem" komandasında çıxış edən Davinson Sançesi transfer etmək istəyir.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano məlumat yayıb.
O bildirib ki, "Qalatasaray" İngiltərə komandasının gözündən düşmüş 27 yaşlı kolumbiyalı müdafiəçi Davinson Sançesə 9 milyon avroluq şifahi təklif göndərib.
Müqaviləsinin son ilinə qədəm qoyan Sançesin gedişinə isti baxan “Tottenhem” rəhbərliyi futbolçunun transferi üçün lazımi rahatlığı təmin edəcəklərini bildirib.
Ulduz müdafiəçi ilə 2-3 klubun maraqlanması da xəbərin təfərrüatları arasında yer alıb.
2017-2018 mövsümündə "Tottenhem" tərəfindən 42 milyon avro ödəyərək "Ayaks"dan transfer olunan Sançes Premyer Liqada 142 matçda forma geyinərək komandasında 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin