"Qarabağ" Çempionlar Liqasında ilk matçına çıxır

09:04 - 11 İyul 2023

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayacaq.

 

Manset.az xəbər verir ki, "Köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqdə "Linkoln"un qonağı olacaq. "Viktoriya" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində "Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
11 iyul

19:30. "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Vitali Spasennikov, Raymonds Tatriks, Arturs Sakurovs Aleksandrs Anufriyevs (hamısı Latviya)
"Viktoriya" stadionu.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin