"Qalatasaray"dan transfer bombası: Üçü birdən

23:53 - 10 İyul 2023

"Qalatasaray"ın İdarə Heyətinin rəhbəri Erden Timur klubun Mauro İkardi və Leandro Paredes transferləri üzərində çalışdığını təsdiqləyib. 

 

Manset.az  "A Spor"a istinadən xəbər verir ki, "Cim-Bom" adı çəkilən iki oyunçunun keçidi alınmasa, onların əvəzedicilərini tapıb. 

"Qalatasaray" İkardini transfer edə bilməsə, onu Mussa Dembele ilə əvəzləyəcək. Azad agent olan fransız ulduzla Türkiyə klubu arasında şərti razılıq əldə olunub. 

İkardinin heyətə cəlb olunacağı halda "Qalatasaray" ikinci forvard kimi Michael Olunganı düşünür. Baş məşqçi Okan Buruk da keniyalı hücumçunu İkardinin əvəzedicisi kimi düşünür. 29 yaşlı ulduz ötən mövsüm 29 matça 33 qol vurub, 4 assistlə yadda qalıb. 
Super Liqa təmsilçisi Paradesin transferi baş tutmasa, yenə istiqaməti PSJ klubuna yönəldəcək. Klub Renato Sançesi heyətinə cəlb etməyi düşünür. Portuqaliyalı ulduz ötən mövsüm zədə səbəbindən çox oyunda iştirak edə bilməyib. PSJ də futbolçunu icarəyə göndərib, formasını bərpa etməsini istəyir. 


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin