"Qəbələ" Rusiya və Moldova klubu ilə qarşılaşacaq

18:10 - 10 İyul 2023

“Qəbələ” klubu 2023-2024 mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanır.

 

Manset.az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” toplanışın ikinci mərhələsini qardaş ölkədə gerçəkləşdirəcək.

Komanda Boluda məskunlaşacaq və burada üç yoxlama görüşü təşkil olunacaq. Qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq.

İlk iki qarşılaşmada Azərbaycan təmsilçisi Moldovanın "Sukleya" və Rusiyanın "Orenburq" klubları ilə üz-üzə gələcək.

Sonuncu rəqib yaxın günlərdə dəqiqləşəcək. “Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Omoniya” (Kipr) ilə görüşlərinin hazırlığını ölkədə yekunlaşdıracaq.

Qeyd edək ki, “qırmızı-qaralar” iyunun 24-də Qəbələdə bir araya gələrək hazırlığın ilk mərhələsini doğma stadionda gerçəkləşdirib.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin