“Qarabağ”a pis xəbər - Lokilo imtina etdi

17:05 - 10 İyul 2023

“Qarabağ”a pis xəbər - Lokilo imtina etdi

Belçikalı vinger Ceyson Lokilonun “Qarabağ”a keçidi baş tutmayıb.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar müsbət istiqamətdə davam etsə də, sonradan 25 yaşlı futbolçu fikrini dəyişib.

Lokilo başqa klubdan daha yaxşı təklifinin olduğunu bildirərək, “Qarabağ”la müqavilə imzalamaqdan imtina edib.

Xatırladaq ki, son olaraq Niderland “Sparta”sında çıxış etmiş vinger daha əvvəl “Neftçi” ilə də danışıq aparıb. Yekunda o, “ağ-qaralar”la da anlaşa bilməyib.

Konqo Demokratik Respublikasının U-17 millisində çıxış etmiş Lokilo karyerası ərzində “Sparta”dan başqa “Donasktr” (İngiltərə), “Loryan” (Fransa), “Qurnik” (Polşa), ”İstanbulspor” (Türkiyə) kimi klubların formasını geyinib.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin