Türkiyən Aİ ölkələrinə avtomobil ixracını artırdı

16:16 - 10 İyul 2023

Türkiyən Aİ ölkələrinə avtomobil ixracını artırdı

Türkiyə Avropa İttifaqı (Aİ) ölkələrinə avtomobil ixracını ilin ilk yarısında keçə ilin eyni dövrü ilə müqayisədə 20 faiz artırıb.

 

Manset.az türk mətbuatına istinadla bildirir ki, sektor yanvar-iyun dövründə 190-dan çox ölkəyə, muxtar və azad zonalara məhsul satıb.

İlin ilk yarısında avtomobil sənayesinin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 15 milyard 250 milyon 785 min dollardan 17 milyard 337 milyon 288 min dollara yüksəlib.

Cari ilin yanvar-iyun dövründə Türkiyənin avtomobil ixracında 69,2 faiz payla Aİ bölgəsi birinci olub.

Bu dövrdə Aİ ölkələrinə ixrac keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 9 milyard 986 milyon 402 min dollardan 11 milyard 988 milyon 673 min dollara yüksəlib.

Sözügedən dövrdə ən çox ixrac reallaşdırılan ölkə isə Almaniya olub.

 

 Manşet.az


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin