"Real Madrid”in baş məşqşisi dəyişir

13:31 - 10 İyul 2023

Xabi Alonsonun 2024-cü ildə Braziliya millisini çalışdıracaq Ançelottini əvəzləyəcəyi gözlənilir.

 

Manset.az türk mətbuatına istinadla bildirir ki, Almaniyanın Bild qəzeti 2024-cü ildə Xabi Alonsonun “Real Madrid” də Ançelottini əvəzləyəcəyini yazıb. Bu yaxınlarda "Braziliya Futbol Federasiyası"nın prezidenti Ednaldo Rodrigez 2023-2024 mövsümündən sonra Karlo Ançelottinin Braziliya Milli Komandasına keçəcəyini açıqlamışdı. Bu açıqlamadan sonra  klubun texniki direktoru vəzifəsinə sabiq futbolçu Xabi Alonsonu gətirəcəyi iddia edilib. 2022-ci ildən  "Bayer Leverkuzen"i çalışdıran Xabi Alonso 2024-cü ildə başa çatır. İspan futbolçu 2009-2014-cü illərdə "Real Madrid" də futbol oynayıb.

 

 Manşet.az



Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin