Tanınmış fotbolçu "Qalatasaray"-dan GEDİR

12:10 - 10 İyul 2023

Tanınmış fotbolçu

"Qalatasaray"lı Taylan Antalyalı "Samsunspor"-a keçə bilər. Komandadan ayrılmaq istəyən 28 yaşlı futbolçunun adı MLS komandaları ilə də hallanır.

 

Manset.az türk mətbuatına istinadla bildirir ki, ötən mövsümü "MKE Ankaragücü"ndə keçirən Taylan Antalyalı "Qalatsaray"a qayıdıb. Lakin təcrübəli yarımmüdafiəçini Okan Buruk Avstriya düşərgəsinə qəbul etməyib. “Samsunspor”la danışıqlar aparan futbolçunun sarı-qırmızılıları tərk etməsi an məsələsidir.

MLS komandaları ilə də adı keçən "Qalatasaray"ın yeni mövsüm planları arasında yer almayan Taylan Antalyalı komandadan ayrılmaq üçün günləri sayır. Futbolçu "Samsunspor"la danışıqlarda sona yaxındır.

Taylan Antalyalı ötən mövsüm MKE Ankaragücündə 32 oyun keçirib. Təcrübəli futbolçu bu matçlarda komandasına 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

 

 Manşet.az


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin