Bu şəxslər 6 min manat CƏRİMƏLƏNƏCƏK
15 Noyabr 2024
20:17 - 13 Sentyabr 2021
“İçərişəhər” DTMQİ və Katara Mədəniyyət Şəhərciyi arasında Anlaşma Memorandumu imzalanıb.
Manset.az xəbər verir ki, Katara Mədəniyyət Şəhərciyi Fondunun Baş direktoru Xalid Bin İbrahim Əl-Suleytinin rəhbərlik etdiyi nümayəndə heyəti 13-14 sentyabr tarixlərində Azərbaycan Respublikasına səfər edib. Səfərin əsas məqsədi Katara Mədəniyyət Şəhərciyi Fondu və “İçərişəhər” DTMQİ arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasıdır. Anlaşma Memorandumu 13 sentyabr tarixində Şirvanşahlar Sarayı Kompleksində “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və Katara Mədəniyyət Şəhərciyi Fondunun Baş direktoru Prof. Xalid Bin İbrahim Əl-Süleyti tərəfindən imzalanıb. Memorandumun əsas məqsədi iki qurum arasında mədəni irsin təşviqi, birgə elmi-mədəni tədqiqatların, sərgi-ekspozisiyaların, simpoziumların, təbliğat-təşviqat tədbirlərinin təşkili istiqamətində əməkdaşlığın həyata keçirilməsi və bununla da Azərbaycan Respublikası və Qətər Dövləti arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verilməsidir.
Qeyd edək ki, Katara Mədəniyyət Şəhərciyi Qətər Dövlətinin paytaxtı Doha şəhərində yerləşir və müxtəlif beynəlxalq mədəniyyət layihələrin, o cümlədən sərgilər, festivallar, tamaşalar, seminar və konfransların keçirildiyi mərkəz rolunu oynayır. Mərkəzin əsas məqsədi müxtəlif mədəniyyətləri bir araya gətirməklə ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verməkdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin