Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
17:26 - 13 Sentyabr 2021
Ötən ilin mart ayında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində gəlir əldə etmək məqsədilə meşələrdə qiymətli və nadir ağacları doğrayıb satan 6 nəfərdən ibarət mütəşəkkil dəstə ifşa edilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, ilkin olaraq dəstə üzvləri barəsində DİN-də Cinayət Məcəlləsinin 259.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi qaldırılıb və onlar barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqın gedişi zamanı ortaya çıxan əlavə xüsusatlar nəzərə alınaraq cinayət işi Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələrinə tövsif olunaraq istintaqı Respublika Baş Prokurorluğunda davam etdirilmişdir. İstintaq yekunlaşaraq cinayət işi ittiham aktı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin 30 iyul 2021-ci il tarixli hökmü ilə onlar 1 il 4 ay, yalnız biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişlər. Lakin istintaq dövründə həbsdə saxlanıldıqları müddəti nəzərə alan məhkəmənin hakimi onların cəzalarını çəkilmiş hesab edərək məhkəmə zalından azad edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin