Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
10:12 - 30 İyun 2023
44 günlük döyüşlərdə əldə olunan şanlı qələbədən sonra Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılması prioritet məsələyə çevrilib.Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib.
Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.
İşğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yenidən çəkilməsi, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə azad edilən ərazilərdə Prezident İlham Əliyevin tapşırığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Prezidentin imzaladığı müvafiq sərəncamlarla bu ərazilərdə çoxlu sayda avtomobil yollarının inşasına böyük həcmdə maliyyə vəsaitləri ayrılıb.
İşğaldan azad olunan kənd və şəhərlərin elektrik enerjisi ilə təchiz olunması istiqamətində də ciddi işlər görülür. Bölgənin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Bu stansiya və yarımstansiyalar işğaldan azad olunan ərazilərdə yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastrukturu fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək.
Paralelel olaraq həmin yerlərdə proqrama uyğun qazlaşdırılması işi də uğurla həyata keçirilir. Həmçinin işğaldan azad olunan ərazilərdə “Azərsu” ASC tərəfindən içməli su təchizatının yaxşılaşdırılması istiqamətinə də müvafiq işlər görülür.
Millət vəkili Emin Hacıyev Manset.az-a açıqlamasında bildirib ki, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız şanlı qələbə nəticəsində tarixi ədaləti bərpa etdik:
“30 ilə yaxındır işğal altında olan torpaqlarımızı erməni faşizmindən xilas edərək ölkəmizin qüdrətini bir daha bütün dünyaya çatdırdıq.Torpaqlarımızı azad etdikdən sonra bu ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, köçkünlərin doğma yerlərinə qaytarılması dövlət siyasətimizin prioritetlərindəndir. Hazırda dövlət başçımızın göstərişinə uyğun olaraq bu sahədə geniş bərpa-quruculuq işləri aparılır və müasir, modern standartlara uyğun infrastruktur layihələri həyata keçirilir.
Bir il kimi qısa bir müddətdə yüksək texnoloji imkanlardan istifadə olunaraq qələbəmizin simvolu sayılan “Zəfər” yolu çəkildi. Bununla yanaşı avtomobil və dəmiryolu xəttlərinin də çəkilməsi dövlət səviyyəsində uğurla həyata keçirilir. Ərazilərimizdə bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi burada vətəndaşlarımızın məskunlaşmasına və eyni zamanda kəndlərimizdə məşğulluğun artımına öz müsbət təsirini göstərəcəkdir”.
Deputat qeyd edir ki, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması dövlət tərəfindən görülən işlərin, həyata keçirilən layihələrin bariz nümunəsidir:
“Sevinc və qürur hissi ilə bildirmək istəyirəm ki, bu gün artıq Zəngilana və Laçına bir çox ailələrimizin köçü reallaşıb. Cənab Prezidentin təşəbbüsü və diqqəti nəticəsində 30 ilə yaxındır doğma torpaqlarından didərgin düşmüş köçkünlərimiz ən son texnoloji yeniliklərə uyğun bərpa və təmir olunmuş mənzillərinə, evlərinə, torpaqlarına - doğma yurdlarına geri qayıdırlar. Bu gün Qarabağ uzun illərlə davam edən işğaldan sonra sürətlə abadlaşır və dirçəlir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasəti və bərpa-quruculuq işləri nəticəsində Qarabağ tezliklə dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir”.
Milli Məclisin deputatı Aqil Abbas deyib ki, məcburi köçkünlərin Laçına, Zabuxa, Ağalı kəndinə qayıdışı sevindirici haldır:
“İnşallah Ağdama Füzuli və Zəngilana da qayıdış başlayar. İllər öncə nə qədər əhali yaşayıb. Laçın məni daha çox maraqlandırır, çünki ermənilərlə sərhəddir. Ora qayıdışı görən hərbçilərimiz daha ürəklə vətəni qoruyacaq. Ona görə birinci Laçına qayıdışın olması sevindirici haldır.Həmçinin məcburi köçkünlərə icazə verilməlidir ki, camaat gedib öz evini tiksin, bunun üçün yardım olunmalıdır. Eləcə də həmin ərazilərdə insanların yaşaması üçün iş şəraiti yaradılmalı, yeni iş yerləri açılmalıdır. Mənim deputat seçildiyim Ağdamda da çox böyük işlər gedir, yollar çəkilir, infrastruktur qurulur. Düşünürəm ki, 3-4 il bu kimi işlər davam edəcək və Ağdama da qayıdış başlayacaq. Proqrama əsasən 2040-cı ilə qədər Ağdam tam tikiləcək. Amma bu proses daha da sürətlənə bilər”
6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin