10 faydalı qazıntı yatağı hərracda istifadəyə verildi

18:30 - 6 İyul 2023

10 faydalı qazıntı yatağı hərracda istifadəyə verildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirib.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, hərracda 10 faydalı qazıntı yatağı - Abşerondakı “Qızılburun” (2 ha) və “Şıxzərli” (3,6 ha), Ağstafadakı “Ağstafaçay” (5,7 ha), Göygöldəki “Qızılca” (12 ha), İsmayıllıdakı “Bilistan-II” (5 ha), “Təzəkənd” (5 ha), “Göyçay-I” (5 ha), Şabrandakı “Dəvəçiçay” (1,8 ha), Qubadakı “Qonaqkənd” (73 ha), “Qoxmazoba” (8 ha) yataqları istifadəyə verilib.

Hərracın qalibləri ilə bu keçiddən tanış olmaq mümkündür: //clck.ru/34uYij


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin