Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
16:40 - 23 İyun 2023
Ölkəmizdə milli mənlik şüuruna malik olan gənclər saysız-hesabsızdır. Biz buna dəfələrlə əmin olmuşuq. Hələ ötən əsrin sonlarında, Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi bir dövrdə, çətinliklərin, xaosun hökm sürdüyü bir mərhələrdə erməni separatçıları namərdcəsinə vəziyyətdən sui-istifadə edərək torpaqlarımızı işğal etmək niyyətinə düşdülər.
Bu məqsədlə də Azərbaycanın tarixi ərazilərinə soxuldular. Bu zaman silah-sursatla yaxşı təchiz olunmayan gənclik çəkinmədən torpaqlarımızın müdafiəsinə qalxdılar. O zaman müstəqilliyini yenicə bərpa edən ölkəmizin hərbi potensialı, hərbi texnikası, arsenalı yox dərəcəsində idi. Bununla belə Azərbaycan gəncləri döyüşə atıldılar, düşmənin hücumina qarşı çıxdılar.
Doğrudur, düşmən torpaqlarımızın 20 faizini işğal etməyə nail oldu.Amma buna baxmayaraq gənclərimiz qəhrəmancasına döyüşdülər, canlarını, qanlarını vətən uğrunda fəda etdilər. Bu, həmin dövrün gəncliyinin milli mənlik şüurunun olmasından xəbər verirdi və onlar öz mübarizlikləri ilə dövrümüzün gəncliyi üçün çox gözəl bir örnək oldular.
Baxmayaraq ki, 30 ilə yaxın torpaqlarımız düşmənin işğalı altında qaldı, Azərbaycan gəncliyi bununla barışmadı. Dövlətimiz bu işğalın aradan qaldırılması üçün sülh yolunu illərlə təklif etdi, qan tökülməməsi üçün danışıqlar apardı.Amma qarşı tərəfin buna məhəl qoymaması, danışıqlara deyil, təxribatlara üstünlük verməsi fonunda 27 sentyabr 2020-ci il tarixində başlayan, 44 gün davam edən müharibədə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın birliyi, həmrəyliyi ilə Azərbaycan gəncliyi öz sözünü dedi.
Məntiqi olaraq, Azərbaycanın zəfəri, qələbəsi ilə başa çatan müharibədə gənclərimizin şücaəti dillərdə dastan oldu. Gəncliyimiz bütün dünyanın gəncləri üçün nümünə hesab olunur. Canını, qanını torpaqlarımız uğrunda əsirgəməyən gənclərimiz düşmənə igidlik, ərlik, ərənlik dərsi keçməklə yanaşı, milli mənlik ruhunun, vətənpərvərliyin nə olduğunu da başa saldılar.
Məhz 44 günlük müharibə dönəmində gənclərimizin rəşadəti hər kəsi heyran etdi. Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı gənclərimizin igidliyi barədə illər, onilliklər boyu yazılsa da bitib-tükənən deyil. Ələlxüsus, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad edilməsi igidliyin, cəsurluğun ən pik nöqtəsi hesab olunur ki, bu barədə dastanlar yaratmaq gərəkir. Yalçın qayalara qartallar kimi qalxan Azərbaycan oğulları, gənclərimiz az qala yalın əllə düşməni diz çökdürdü. Şəhərin geri alınması zamanı gedən döyüşlərdə hərbi hospitallara daşınan erməni əsgərlərinin ancaq bıçaq, tapança gülləsi yarası ilə ora daxil olması tarix boyu düşmənin yaddaşından silinən deyil. Düşmən Azərbaycan gəncliyinin, əsgər və zabitlərimizin cəsurluğuna, rəşadətinə bir daha tamamilə əmin oldu. Əmin oldu ki, Azərbaycan gəncliyi vətənpərvərlik, milli mənlik şüurunda yetişib və bu ruhda gəncliyi yetişən bir xalqın, ölkənin torpaqlarını işğalda saxlamaq mümkün deyil və ona görə də dərhal qaçaraq torpaqlarımızı tərk etdilər.
Hətta döyüş dayandırıldıqdan sonra belə ermənilər ərazilərimiz tərk etməli oldular. Bu heç də təsadüfi deyildi, bilavasitə milli mənlik şüuruna, vətənpərvərlik hissinə malik gənclərimiz qarşısında təslim olmaq demək idi. Bu şüurun, milli mənlik şüurunun, eləcə də vətənpərlik hissinin tərbiyəsi sonda öz sözünü dedi, hansı ki, Azərbaycan dövləti, dövlətimizin başçısı daim buna diqqət yetirib, prioritet hesab edib.
Milli məclisin deputatı Müşfiq Cəfərov Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycanda gənclərin vətənpərvərlik ruhda tərbiyə olunması dövlətin başlıca vəzifələrdən biri olub:
“Bu gün də gənclərin milli mənlik şürunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin aşlanması vacib işlərdən biridir. Gənc nəslin vətənpərvərlik ruhunun artırılmasında təhsil ocaqlarının və hərbi xidmətin əvəzedilməz rolu vardır. Ordu dövlətin müstəqiliyini,suverenliyini və ərazi bötövlüyünün qorunmasının təminatçısıdır. Ordunun tərkib hissəsinin böyük bir qismi gənclərdən ibarətdir.Müharibə dövründə Ali Baş Komandan Cənab İlham Əliyevin gənclərə müraciyəti Azərbaycan gənclərinin üzərinə düşən məsuliyyət idi. Bu çağrışdan sonra gənclərin vətənin müdafiəsinə könüllü olaraq qoşulması, xüsusilə ölkə xaricində yaşayan gənclərin də bu çağrışa səs verməsi tarixi qələbənin ilk qığılcımları oldu.44 günlük müharibədə şücaət göstərərək Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad edilməsi Azərbaycan gəncliyinin vətənpərvər ruhda tərbiyə almasının əyani göstəricisi oldu”.
Millət vəkili qeyd edir ki, Azərbaycan dövlətinin yaratdığı imkanlardan gənclər yararlanır, inkişaf edir, bilik və bacarıqlarını artır:
“Dövlət və cəmiyyət qarşısında məsuliyyətini hiss edir qarşısına qoyulan öhdəlikləri layiqincə yerinə yetirir. Təbii ki, ökə rəhbərinin gənclərə inamı vətən müharibəsində Azərbaycan gənclərinin böyük şücaət göstərməsinə zəmin yaratdı.Son illər ölkədə gənclərlə aparılan vətənpərvərlik tərbiyəsi işinin artıq mükəmməl bir sistemi formalaşıb. Həyata keçirilən tədbirlər silsilə xarakter alıb. Bütün bunlar isə təbii ki, aparılan təbliğat işlərinin nəticəyönümlülüyünə müsbət təsir edir. 44 günlük Vətən müharibəsindəki tarixi zəfər Azərbaycan xalqının, xüsusən onun gənclərinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, millətimizin Vətən, dövlət, dövlətçilik, milli bayraq sevgisini, dövlət başçısı və xalq birliyini parlaq şəkildə nümayiş etdirdi”.
6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin