"Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun" - Mehriban Əliyeva
8 Noyabr 2024
11:18 - 13 Sentyabr 2021
Almaniyanın aparıcı avtomobil istehsalçısı - BMW şirkəti Çin bazarından 142 754 avtomobilini geri çağırır.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət 7 sentyabr 2011-ci il tarixindən 30 aprel 2016-cı il tarixinə kimi buraxılmış “116i”, “118i”, “120i”, “125i”, “218i”, “220i”, “320i”, “325i”, “328i”, “330i”, “340i”, “420i”, “428i”, “430i”, “435i”, “440i”, “M135i”, “M2”, “M235i”, “M3”, “M4” və “Active Hybrid 3” modellərindən gedir.
Geri çağrılma avtomobillərin yanacaq çənindəki mümkün problemlərlə əlaqələndirilir. Belə ki, çənlərin konstruksiyası və hazırlanma prosesi ilə bağlı çatışmazlıqlar çən tam dolduğu təqdirdə yanacağın axmasına gətirib çıxara bilər. Bu isə təhlükəsizlik üçün təhdid yaradır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin