"BMW" 150 minə yaxın avtomobilini geri çağırır

11:18 - 13 Sentyabr 2021

Almaniyanın aparıcı avtomobil istehsalçısı - BMW şirkəti Çin bazarından 142 754 avtomobilini geri çağırır.

Manset.az  xarici mətbuata istinadən xəbər verir ki, söhbət 7 sentyabr 2011-ci il tarixindən 30 aprel 2016-cı il tarixinə kimi buraxılmış “116i”, “118i”, “120i”, “125i”, “218i”, “220i”, “320i”, “325i”, “328i”, “330i”, “340i”, “420i”, “428i”, “430i”, “435i”, “440i”, “M135i”, “M2”, “M235i”, “M3”, “M4” və “Active Hybrid 3” modellərindən gedir.

Geri çağrılma avtomobillərin yanacaq çənindəki mümkün problemlərlə əlaqələndirilir. Belə ki, çənlərin konstruksiyası və hazırlanma prosesi ilə bağlı çatışmazlıqlar çən tam dolduğu təqdirdə yanacağın axmasına gətirib çıxara bilər. Bu isə təhlükəsizlik üçün təhdid yaradır.


Xəbər xətti

8 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin