İki qardaş bıçaqlandı - Biri öldü

10:28 - 13 Sentyabr 2021

İki qardaş bıçaqlandı - Biri öldü

Ağsafa rayonunda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb.

Manset.az xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində baş verib.

Kənddə yerləşən kafelərin birində düşən mübahisə zəminində Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb.

Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə vəfat edib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.  

Hadisəni 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlunun törətdiyi bildirilir. Həmin şəxsin saxlanılması üçün tədbirlər davam etdirilir.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin