Mirzoyan COP29-a dəvət olundu
26 Oktyabr 2024
22:52 - 12 Sentyabr 2021
Bu gün Sabirabadda baş verən ağır yol qəzasında həlak olan şəxsin Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elşən Ağayev olduğu müəyyənləşib.
Manset.az-ın məlumatına görə, hadisə Yastıqoba kəndində qeydə alınıb.
“Tofaş” markalı avtomobillə “VAZ-2107” markalı avtomobillə toqquşması nəticəsində daha nəfər - 1993-cü il təvəllüdlü Baxşəliyeva Şəfaqət Əsəd qızı, 1979-cu il təvəllüdlü Fərhadov Rövşən Yusif oğlu, 1996-cı il təvəllüdlü Baxşəliyev Sədi Adil oğlu və 1993-cü il Baxşəliyev Əli Adil oğlu müxtəlif xəsarətlər alıblar.
Qeyd edək ki, Elşən Ağayev Vətən müharibəsi iştirakçısı idi.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin