Rəşid Mahmudov oğlunun infarkt keçirməsi xəbərinə QƏZƏBLƏNDİ: "Onu yazan başı xarab oğlandır"

20:05 - 12 Sentyabr 2021

Rəşid Mahmudov oğlunun infarkt keçirməsi xəbərinə QƏZƏBLƏNDİ:

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlunun infarkt keçirməsi ilə bağlı xəbər yayılıb.

Məsələ ilə bağlı Manset.az-a açıqlama verən R.Mahmudov yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:

“Onu yazan bir başı xarab oğlandır. Onun iki nömrəsi var, blok etmişəm. Gecə-gündüz zəng edib, zəhləmi tökür ki, görüşək. Deyir mən səni çox istəyirəm.Onun zənglərinə cavab vermədiyim üçün belə bir məlumat yazıb. Sağlıqdır, oğlum da sağlamdır.İnsanları bu cür məlumatlara məhəl qoymamağa çağırıram”.


 


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin