"Avro-2020”: Fransa Macarıstanla bacarmadı

19:41 - 19 İyun 2021

Futbol üzrə Avropa çempionatının F qrupunda ikinci tura start verilib.

Manşet.az xəbər verir ki, Fransa millisi Budapeştin "Puşkaş Arena"sında Macarıstanla heç-heçə oynayıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu macar futbolçu Attila Fiola vurub. İkinci hissədə fransızlar 66-cı dəqiqədə tarazlığı bərpa edə biliblər. Antuan Qrizmann qapıçının qaytardığı topu qapıdan keçirib. Hazırda xallarını 4-ə çatdıran Fransa millisi liderdir. Macarıstan isə qrupda ilk xalını qazanıb.

Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya və Almaniya yığmaları üz-üzə gələcəklər.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin