İki və üç yaşlı bacı-qardaş öldü - Samuxda bədbəxt hadisə

15:17 - 12 Sentyabr 2021

İki və üç yaşlı bacı-qardaş öldü - Samuxda bədbəxt hadisə

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb.

Manset.az  "Report"a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşan körpələr yaxınları tərəfindən xəstəxanaya aparılsalar da, R.Quliyevanın öldüyü məlum olub. N.Quliyev isə bu gün xəstəxanada dünyasını dəyişib.

Onların ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.


Xəbər xətti

26 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin