ABŞ ordusu gələn il İraqı tərk edəcək

13:57 - 12 Sentyabr 2021

ABŞ ordusu gələn il İraqı tərk edəcək

ABŞ-ın İraqdakı hərbi hissələri 2022-ci ilin dekabrın 31-nə kimi ölkə ərazisini tərk edəcəklər.

 

Manset.az "Ölkə.az"-a istinadən xəbər verir ki, bu barədə İraq ordusunun birləşmiş qərargahının nümayəndəsi, general Tahsin əl-Həfaci mətbuata məlumat verib.

O bildirib ki, iki ölkə arasında aparılan dialoq nəticəsində bu qərar qəbul edilib.

Generalın sözlərinə görə, hazırda ABŞ-ın hərbi hissələri İraqın Eyn əl- Asad və İraq Kürdüstanının Əl-Həriri bölgələrində yerləşib.

Ötən ay İraqın Baş naziri Mustafa əl-Kaiminin ABŞ-a səfəri zamanı bu məsələ Prezident Cozef Baydenlə müzakirə edilib.


Xəbər xətti

8 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin