"Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun" - Mehriban Əliyeva
8 Noyabr 2024
08:59 - 12 Sentyabr 2021
"Rusiya ilə danışıqlardan sonra imzalanan müqavilələr var".
Manset.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
"Bu müqavilələrə riayət edirik. Öhdəliklərimizi yerinə yetirdik və etməyə davam edirik. Həmsöhbətlərimizin bu müqavilələrə və məsuliyyətlərinə riayət etmələrini gözləyirik. Buradakı atəşkəs davam etməli, ən qısa zamanda sabitlik təmin edilməli, bölgə təhlükəsizliyə çevrilməli və oradakı suriyalıların rahat və təhlükəsiz yaşaması üçün mühit yaradılmalıdır. Bu, oradakı insanların təhlükəsizliyi və əmin-amanlığı üçün, eləcə də hər hansı bir şəkildə yeni bir miqrasiya dalğasının qarşısını almaq üçün vacibdir. Türkiyə olaraq yeni bir köç dalğasına dözə bilmərik. Miqrasiyanın qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Bunun əsası bölgənin təhlükəsiz və sabit olmasıdır. Bunun üçün çalışırıq", - deyə Akar bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin