Azərbaycan millisi 13-cü oldu

18:48 - 28 İyun 2023

Azərbaycan millisi 13-cü oldu

Qılıncoynatmanın sablya növü üzrə kişilərdən ibarət milli komandamız Polşada keçirilən 3-cü Avropa Oyunlarında 13-cü olub.

 

Manset.az xəbər verir ki, ilk dəfə böyüklərin yarışında iştirak edən gənc sablyaçılarımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin bürünc medalçısı Macarıstan seçmə kollektivinə 25:45 hesabı ilə uduzub.

9-cu yer uğrunda keçirilən qarşılaşmada Türkiyə yığmasına 31:45 hesabı ilə məğlub olan Murad Əkbərov, Maqsud Hüseynli, Saleh Məmmədov və Ayxan Xasıyevdən ibarət kollektiv 13-cü yer uğrunda keçirilən görüşlərdə Yunanıstan (45:43) və İrlandiya millisinə 45:30) qalib gəlib.

Xatırladaq ki, qılıncoynatma idman növündə komanda yarışları Avropa çempionatı statusu daşıyır.


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin