"Real Madrid" Mbappedən əl çəkdi: Türk ulduz üçün hərəkətə keçdi

17:55 - 28 İyun 2023

"Real Madrid" Kilian Mbappedən çox Arda Gülərin transferinə fokuslanıb.

 

Manset.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

"Kral klubu" "Fənərbağça"nın 18 yaşlı yarımmüdafiəçisini bu yay heyətinə cəlb etmək istəyir. Klub transferin gerçəkləşməsi üçün danışıqlar aparır. 

Qeyd edək ki, PSJ-nin bu yay Kilian Mbappeni satmaq istədiyi bildirilir. Futbolçunun adı "Real Madrid"lə hallansa da, fransız hücumçu daha öncə 2023-24 mövsümünü PSJ-də keçicəcəyini açıqlayıb.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin