"Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun" - Mehriban Əliyeva
8 Noyabr 2024
07:22 - 12 Sentyabr 2021
Avropa İttifaqının müxtəlif ölkələrindən yüzlərlə sakin pandemiya məhdudiyyətlərinə etiraz olaraq Brüsseldə nümayişə çıxıb.
Manset.az-ın məlumatına görə "Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Aksiya Birləşmiş avropalılar hərəkatı tərəfindən təşkil edilib. Polis mitinqin keçirilməsinə icazə verib.
Nümayiş iştirakçıları Avropa Komissiyası və Avropa Şurasının ofislərinin yerləşdiyi küçələrdən keçiblər.
Bundan əvvəl Birləşmiş avropalılar hərəkatı peyvənd sertifikatından imtina etməyi və Avropa İttifaqı daxilində sərbəst hərəkət etmək qabiliyyətini yeniləməyi tələb edən petisiya dərc edib.
"Bu məhdudiyyətlər tamamilə ləğv edilməlidir, belə olan təqdirdə peyvənd pasportuna ehtiyac aradan qalxacaq", - sənəddə deyilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin