Kürdəmirdə yol qəzası olub, ölən və yaralananlar var

17:12 - 11 Sentyabr 2021

Kürdəmirdə yol qəzası olub, ölən və yaralananlar var

Kürdəmir rayonunda ağır yol qəzası olub.

Manşet.az xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşının köməyilə rayon xəstəxanasına aparılıb.

Meyit isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekapertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

26 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin