"Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun" - Mehriban Əliyeva
8 Noyabr 2024
16:25 - 11 Sentyabr 2021
Hindistanın Karnataka ştatının səlahiyyətliləri qonşu Kerala ştatında təhlükəli nipah virusunun aşkarlanmasından sonra bir neçə rayonda yüksək hazırlıq rejimi elan ediblər.
Manşet.az xəbər verir ki, Kerala ştatında 11 nəfərdə ölümcül nipah virusunun simptomlarının aşkarlandığı, vəziyyətlərinin stabil olduğu bildirilmişdi. Bu insanların hamısı nipah virusundan ölən 12 yaşlı bir oğlanla təmasda olmuşdular. Uşağın ölümündən sonra ştatın həkimləri onunla təmasda olan 251 nəfəri yoxlamağa başladılar.
Yoluxanlarda hərarət, psixi dəyişikliklər, şiddətli halsızlıq, baş ağrısı, tənəffüs çatışmazlığı, öskürək, qusma, əzələ ağrısı, sancılar və ishal kimi simptomlar izlənilir.
Nipah virusu uçan tülkülər və siçanlar tərəfindən yayılır. Virus adətən yoluxmuş heyvanın tüpürcəyi ilə çirklənmiş meyvəni yeyən insanlara ötürülür.
Ümumdünya Səhiyyə Təşkilatı bu virusu dünyanın ən təhlükəli viruslarından biri adlandırır, bunun üçün nə dərman, nə də vaksin yoxdur və xəstəliyin ölüm nisbəti 40-75% arasında dəyişir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin