COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
16:02 - 11 Sentyabr 2021
İsveçrənin "Bazel" klubu Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunu öncəsi azarkeşlərinə çağırış edib.
Manşet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bazel şəhərinin eyniadlı təmsilçisi fanatları stadionda komandaya dəstək olmağa səsləyib.
Bildirilib ki, matçın oynanılacağı Bakı Olimpiya Stadionunda 308-ci sektor qonaq komandanın azarkeşləri üçün ayrılıb. Məlumatda biletlərin satıldığı məntəqələr və onların qiymətləri də göstərilib.
Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək "Qarabağ" - "Bazel" oyunu saat 20:45-də başlayacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin