Xəzər dənizində gəmi saya oturdu

15:48 - 11 Sentyabr 2021

Xəzər dənizində gəmi saya oturdu

Xəzər dənizinin şimalında, Həştərxan vilayəti sahillərində içərisində 49 nəfərin olduğu teploxod saya oturub.

Manşet.az-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti idarəsi bildirib.

Hadisə Volqa-Xəzər kanalının 120-ci kilometrində qeydə alınıb. Gəminin saya oturması nəticəsində xəsarət alanların olmadığı deyilir. Gəmidə yalnız heyət üzvləri olub.

Hadisə nəticəsində bölgədə gəmilərin hərəkəti dayandırılmayıb.


Xəbər xətti

26 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin