Paşinyanla Ermənistanın diplomatik korpusu arasında münasibətlər gərgindir

15:44 - 11 Sentyabr 2021

Paşinyanla Ermənistanın diplomatik korpusu arasında münasibətlər gərgindir

Nikol Paşinyanla Ermənistanın diplomatik korpusu arasında münasibətlər gərgin olaraq qalmaqda davam edir.

Manşet.az Past qəzetinə istinadən xəbər verir ki, Paşinyanın Armen Qriqoryanı xarici işlər naziri vəzifəsinə təyin edə bilməməsinə və Ararat Mirzoyanın namizədliyini seçməsinə baxmayaraq, diplomatik korpusda narazılıq və fikir ayrılıqları davam edir

Qəzetin yazdığına görə, diplomatlar Nikol Paşinyanın yürütdüyü xarici siyasəti ən azı məntiqsiz hesab edirlər.

Qəzetin mənbələri fikir ayrılıqlarının xüsusilə Ermənistan-Türkiyə münasibətləri prosesi ətrafında “pozitiv siqnallar” kontekstində daha da kəskinləşdiyini bildirir.

Mənbə: Ermənistanın “Past” qəzeti


Xəbər xətti

8 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin