ABŞ-da YENİDƏN əkiz tornado görüldü - VİDEO

22:49 - 23 İyun 2023

ABŞ-da YENİDƏN əkiz tornado görüldü - VİDEO

ABŞ-ın Kolorado ştatında əkiz tornado müşahidə edilib. 

 

Manset.az xəbər verir ki, Accuweather meteoroloji xidmətində çalışan meteoroloq Toni Laubach iki gün əvvəl baş verən qeyri-adi hava hadisəsini çəkə bilib.

Laubach bildirib ki, tornadolar ştatın Akron bölgəsində magistral yol boyunca açıq ərazidə yaranıb.

İkinci tornado ilkin tək tornadodan ayrılaraq əmələ gəlib. Üçüncü tornadonun az qala baş verəcəyini deyən meteoroloq, "Bu, xüsusilə Kolorado ştatında gördüyüm ən qeyri-adi tornado hadisələrindən biri idi" deyib.

Həmçinin, şlanqların açıq sahədə fırlandığını və heç bir yaşayış məntəqəsinə zərər vermədiyini Laubach bildirib.

Jalə

Manşet.az

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv