Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimi başa çatdı - VİDEO

15:12 - 11 Sentyabr 2021

Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimi başa çatdı - VİDEO

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi başa çatıb.

Müdafiə Nazirliyindən verilən Manşet.az-a məlumata görə, təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən  müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla icra ediblər.

Hər iki ölkənin hərbi qulluqçularının təlimdə nümayiş etdirdiyi peşəkarlıq yüksək qiymətləndirilib.

 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin