Cəlilabadda gənci evində döydülər - Sonra baltaladılar

14:08 - 11 Sentyabr 2021

Cəlilabadda gənci evində döydülər - Sonra baltaladılar

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Manşet.az
xəbər verir ki, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb.

Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb.

Ağır xəsarət alan Ş.Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Report


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin