Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
12:26 - 16 İyun 2023
Humanist addımları ilə dünya ölkələri arasında fərqlənən Azərbaycanda 1998-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq, ölüm cəzası ləğv edilib. Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq-müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi məqsədilə imzaladığı 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulmuşdu. Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamıdır.
Hazırda da bu islahatlar ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu gün də təkmilləşdirilir, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini təmin edib. Xüsusilə Azərbaycan Respublikasının 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı, eləcə də bu sahədə imzalanan digər fərman və sərəncamlar ölkəmizdə insan hüquqlarının təmin olunması işinə mühüm təkan verib. Məhz bu sahədə əsaslı islahatların və proqram xarakterli fərman və sərəncamların imzalanmasının nəticəsidir ki, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.
Ölkə başçısı Cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyun ayının 18-nin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilməsi qərara alınıb. Həmin tarixdən bu günə kimi İnsan hüquqları Günü ölkəmizdə müxtəlif tədbirlərlə yadda qalır. Həmin tədbirlərdən biri də Milli İnsan Hüquqları Gününün birilliyindən etibarən Ombudsman tərəfindən keçirilən insan hüquqları aylığıdır.
Hər il olduğu kimi builki Aylığın da elan olunmasında əsas məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirməkdir. Aylıq çərçivəsində insan hüquqlarına həsr olunmuş müxtəlif mövzular üzrə hüquqi maarifləndirmə tədbirləri keçirilir, sosial çarxlar hazırlanır, mediada və sosial şəbəkələrdə insan hüquqlarının təbliğatı aparılır, insanların müraciətlərinə operativ şəkildə baxılmaqla pozulmuş hüquqlarının bərpası məsələlərinə diqqətin daha da artırılmasında fəallıq nümayiş etdirilir.
Millət vəkili Elman Nəsirov Manset.az-a açıqlamasında bildirib ki, ölkəmizdə insan hüquqlarının qorunması daim diqqət mərkəzində saxlanılır:
“90-cı illərin ikinci yarısında mətbuat üzərində senzuranı ləğv etməsi, insan ölümü hökmünün ləğv edilməsi kimi çox pilləli məhkəmənin yaranması, bu istiqamətdə atılan addımlar onu göstərir ki, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir.
Bu yolun əsasını isə ulu öndər Heydər Əliyev qoyub. Bir daha vurğulamaq lazımdır ki, demokratiya bir prosesdir, bu prosesdə son nöqtə yoxdur. 1991-ci ildə müstəqillik əldə olundıqdan sonra, reallıqda isə 1993-cü il Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu inkişaf yolu ilə gedirik. Bu istiqamətdə mühüm addımlar atılır. Dövlətimiz qanunvericilik təşəbbüsü ilə çıxış edir. Azərbaycan insan hüquqları sahəsində beynəlxalq konvensiyaya qoşulub. 18 iyun Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən, İnsan hüquqları günü kimi qeyd edilir. Azərbaycanda insan hüquqları ilə məşğul olan bir qurum kimi Ombudsman İnstitutu fəaliyyət göstərir. Milli Məclisin İnsan Hüquqları Komitəsi ilə Ombudsman aparatı arasında çox sıx əməkdaşlıq var. Birgə keçirilən tədbirlərdə insan hüquqlarının müdafiəsi mövzusu geniş müzakirə predmeti olur”.
Deputat qeyd edib ki, Azərbaycan demokratik prinsiplərə sadiqdir:
“Ölkənin təxminən 80 faizə qədəri sosial şəbəkə istifadəçisidir. Orada hər kəs məhz azad ölkənin vətəndaşı olaraq, istədiyi fikri, mövqeyi ifadə edə bilər. Ölkəmizdə söz və mətbuat azadlığı var. İnsanlar sərbəst şəkildə öz fikirlərini ifadə edə bilirlər. Azərbaycanda inkişaf prosesinin hansı səviyyədə getdiyini bu dediyim faktlar təsdiqləyir. Amma təəssüf ki, bir çox hallarda bəzi anti-azərbaycan dairələri azərbaycanı fərqli qiyafədə təqdim etmək istəyirlər. Onların bu cəhdləri isə daim uğursuzluqla nəticələnib.
Məsələn Fransaya baxsaq, orda vətəndaşlara qarşı, polis dəyənəklərindən, itlərdən istifadə edildiyini dəfələrlə görmüşük. Polis vətəndaşı yerə yıxır, ayağını boğazına qoyub onu boğmaqla məşğuldur, bunu avrpada da görmüşük. Birləşmiş Ştatlarda da polisin vətəndaşa hansı şiddətlə davrandığı da bəllidir. Baxsınlar güzgüyə, özlərini görsünlər və sonra isə başqasını ittiham etsinlər. Dəyişməz həqiqət bundan ibarətdir ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur və insan hüquqları sahəsində də mühüm addımların əsasını qoyub, bu gün də bu yol layiqincə davam etdirilir”.
6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin