Bu şəxslərin əmək haqları ARTIRILDI
21 Noyabr 2024
12:02 - 2 İyun 2023
Kişilərin və qadınların ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində bərabərliyi gender siyasətinin əsasını təşkil edir. Hər bir dövlətin məqsədyönlü gender siyasətinin tərkib hissəsi dedikdə istər dini, istərsə də ümumbəşəri insan haqları baxımından hər iki cinsdən olanların haqlarının qorunması və möhkəmləndirilməsi, qadın və kişilərin bu hüquqlardan istifadə etməsi başa düşülür.
Gender bərabərliyi, qadın və kişilər arasında bərabərlik dünada ən aktual məsələlərdən hesab olunur. Bu baxımdan gender məsələlərinə hər zaman qlobal səviyyədə nəzarət olunur, daim diqqətdə saxlanılır. Dünyanın ən imkişaf etmiş ölkələrində gender siyasətinə xüsusi önəm verilir. Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda da gender siyasəti uğurla həyata keçirilir və bunun üçün hüquqi baza da mövcuddur. Cəmiyyətin bütün sahələrində kişilər və qadınlar arasında bərabərlik təmin olunub və ölkəmiz bu istiqamətdə də nümunə hesab olunur.
Təbii ki, kişilər və qadınlar arasında bərabərliyin təmin olunması təkcə huquqi baza, qanunvericiliklə reallaşdırılmamalıdır. Çünki heç də bütün hallarda bu məsələ qanun müstəvisinə daşına bilmir, eləcə də inzibati tədbirlər kifaət etmir və bu baxımdan insanlar özləri belə bir bərabərliyin təminatçısı olmaqda maraqlı olmalıdırlar. Bir sözlə, cəmiyyət özü buna çalışmalı, ya kişinin, ya da qadının bu bərabərliyi pozmasına imkan verməməlidir. Ümumiyyətlə, insanlar bərabərlik anlayışından qorxmamalıdırlar və bilməlidirlər ki, gender bərabərliyi dedikdə nə kişinin qadının yerini tutması, nə də qadının kişinin yerinə keçməsi başa düşülmür.
Əməkdar jurnalist, “Globalinfo.az” saytının rəhbəri Azər Ayxan Manset.az-a açıqlamasında bildirib ki, media nümayəndələri gender, ailə və demoqrafiya məsələlərini işıqlandırarkən diqqətli olmalıdır:
“Məişət zorakılığı, təbii fəlakətlər bu və bu kimi hadisələrin detallarının media ilə ictimailəşdirilməsi fikrimcə doğru deyil. Ola bilsin ki, bu medianın diqqətini cəlb etsin, onun baxışını artırsın. Ancaq Avropa bu məsələni artıq həll edib. Bu cür zorakılığı təbliğ edən mövzuları- intiharlar, məişət zorakılığı, avtoqəzalar və təbii fəlakətlər ümumiyyətlə ictimailəşdirmirlər. Yəni insanlarda mənfi emosiya yaradan bütün neqativ xəbərlər Avropa mediasında demək olar ki, arxa plana keçib. Məsələ burasındadır ki, dövlət tərəfindən qadağa yoxdur, media özü bu qərara gəlib ki, bu fikirlər cəmiyyətə pis təsir edəcək. Bu cür xəbərlər verməklə ancaq oxucuya neqativ fikirlər ötürmüş olarıq. Həm də bir növ bu xəbərlərlə insanları təhrik edirik, insanları o istiqamətdə “silahlanırırıq””.
Azər Ayxan hesab edir ki, bu cür mövzulardan qaçmağın tərəfdarıdır:
“Kimsə xanımına, uşağına şiddət edirsə, bu aidiyyatı qurumların diqqətini daha çox çəkməlidir, bəzi qurumlar tərəfindən bu iş nəzarətə götürülməlidir. Bəzən olur ki, məsələyə subyektiv yanaşılır. Media məsələyə o zaman diqqət ayıra bilər ki, problem öz həllini obyektiv şəkildə tapsın. Bu xəbərlərə mediada yer verilməsin demirik, lakin aşırı dərəcədə bu mövzulara istiqamətlənməyin əleyhinəyik. Çünki bu bəzən səlahiyyətli qurumların obyektiv qərar vermələrinə əngəl olur. Onların üzərinə düşən işə bizim aşırı şəkildə müdaxiləmiz, prosesi yönləndirməyə cəhd göstərməyimiz, düzgün deyil. Bəzən görürük ki, fiziki təzyiqə məruz qalan insanlar medianın dəstəyi ilə başqa məqsədlər üçün də istifadə edirlər. Məsələni araşdırdıqda isə tamamilə başqa mahiyyət daşıdığını görmək olur”.
Əməkdar jurnalist qeyd edir ki, media obyektivliyini qorumalıdır və bütün tərəfləri dinləməlidir:
“Beynəlxalq medianın normasına əsasən, bütün tərəflərin dinlənilməsi üzərimizə düşən əsas məsələdir. Azərbaycan mətbuatında əksər hallarda bu cür mövzular birtərəfli işlənir. Məsələn döyüldüyü iddia olunan tərəfin mövqeyi verilir, döydüyü iddia olunan tərəfin mövqeyi verilmir. Bu balansı pozur və ictimai fikrin formalaşmasında subyektivliyə yol açır. Ona görə də bu məsələlər araşdırılarkən hər tərəfli diqqət yetirmək lazımdır. Xəbərdə neytrallığı qorumaq şərtdir”.
6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin